14:36, 13 Dekabr 2019 (Cümə) 167

Əhməd Davudoğlu yaratdığı yeni partiyanı elan edib

Əhməd Davudoğlu yaratdığı yeni partiyanı elan edib


/ DÜNYA
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb.

"Hurriyet xəbər verir ki, dekabrın 13-də paytaxt Ankarada Gələcək Partiya adlı siyasi təşkilatın təqdimatı keçirilib.

Partiyanın təsisçiləri 154 nəfərdən ibarətdir. Onlardan bir hissəsi hakim Ədalət və İnkişaf Partiyasından istefa verən şəxslərdir. Gələcək Partiyanın şüarı isə belədir: "Bizim bir gələcəyimiz var”. 

Partiyanın tanıdılması toplantısında çıxış edən sədr Ə.Davudoğlu deyib: "Keçmişi qaralamağa deyil, ortaq bir gələcək qurmağa, yeni şeylər söyləməyə gəlmişik. Üz turşutmağa deyil, təbəssüm göstərməyə gəlmişik. Hazırda bizi bir-birimizdən ayıran deyil, birləşdirən siyasət barədə danışmalıyıq”.
 
Dekabrın 12-də Gələcək Partiyanın rəsmi formada qeydiyyata alınması üçün Daxili İşlər Nazirliyinə müraciət olunub.

1959-cu ilin fevralın 26-da anadan olmuş Ə.Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri, 2014-2016-cı illərdə baş naziri vəzifəsini tutub. 2014-2016-cı illərdə hakim Ədalət və İnkişaf Partiyasınn sədri olub. 2016-cı ilin mayın 22-də baş nazir vəzifəsindən istefa verib.

O, 2019-cu ilin sentyabrın 13-də Ədalət və İnkişaf Partiyası üzvlüyündən çıxıb.