"YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın".
"Report" xəbər verir ki, bunu partiyanın sədr müavini - icra katibi Əli Əhmədov bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik. Parlament seçkilərində vətənpərvər gənclərdən ibarət deputat korpusunun formalaşdırılması diqqətimizdədir", - Ə.Əhmədov əlavə edib.
"Bu gün də Yeni Azərbaycan Partiyası vətəndaş maraqlarını bütün maraqlardan üstün tutaraq qanunverici orqanın yenilənməsini zəruri hesab edir. Bunun üçün Prezident İlham Əliyevə parlamentin buraxılmasını xahiş edib. Parlamentin buraxılması islahatların bu sahəyə də şamil edilməsini təmin edəcək".
"Növbəti parlament seçkilərində müasir, vətənpərvər gənclərdən ibarət deputat korpusunun formalaşdırılması bizim diqqətimizdədir".
"Həyata keçirilən islahatların başında bir çox əhəmiyyətli səbəblər dayanır. Azərbaycanda çox savadlı, müasir dünyagörüşə sahib olan layiqli gənc nəsil formalaşır. Hesab edirəm ki, bu gənc nəslin Azərbaycanın bundan sonrakı inkşafına böyük töhfə verəcəklər. Biz gənclərimizlə qürur duyuruq", - deyə Ə.Əhmədov bildirib.
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini - icra katibi Əli Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilir.
Mətbuat konfransında YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edir.
YAP-ın Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.