Siyasət

Əli Laricani: "İran həmişə Azərbaycanla əlaqələri artırmaqda maraqlı olub"

5 Noyabr, 2019
350
"İran Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün heç bir məhdudiyyət tanımır". 

APA-nın Tehran  bürosunun məlumatına görə, bunu İran parlamentinin spikeri Əli Laricani  Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynovla görüşündə  bildirib.

Ə. Laricani deyib ki, İran xalqı və rəsmiləri həmişə Azərbaycanla əlaqələri artırmaqda  maraqlı olub: "Sevindirici haldır ki, bu istək hər iki ölkədə var”.

Ə.Laricani bildirib ki, İran Azərbaycanla parlament əlaqələrini inkişaf etdirmək üçün heç bir məhdudiyyət tanımır: "İki ölkə arasında siyasi, ictimai, iqtisadi və mədəni əlaqələr üçün gözəl  atmosfer yaranıb. Azərbaycan və İran  arasında  nəqliyyat,  şəhərsalma, kənd təsərrüfatı, sənaye və iqtisadi sahələrdə əlaqələr daha da inkişaf etdirilməlidir”.

Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynov isə iki ölkə arasındakı münasibətlərin geniş və tarixi köklərinin olduğunu bildirib:  "Rəsmi Bakı iki ölkə arasında  münasibətlərin  inkişaf etdirilməsini həmişə dəstəkləyir və əməkdaşlıq səviyyəsi artır”.

Azərbaycan-İran əlaqələrinin hazırda ən yaxşı tarixi dövrünü yaşadığını deyən B. Hüseynov  bildirib ki,  iki ölkə arasında əlaqələr müxtəlif sahələrdə, o cümlədən iqtisadi, sənaye, yük daşımaları, dəmir yolları, kənd təsərrüfatı, gömrük, mədəni və ictimai, turizm və elmi sahədə inkişaf etməkdədir.

B.Hüseynov  Azərbaycanda iki ölkə arasında turizmi gücləndirilməsi üçün bəzi güzəştlərin tətbiq edildiyini bildirib: "Ümid edirik ki, bu addımlar gələcəkdə turizm sahəsində əməkdaşlığı gücləndirəcək. Hazırda  iki ölkə investorlarının qarşılıqlı sərmayə yatırımı da  artmaqdadır”.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo