Siyasət

Əliməmməd Nuriyev: “Böyük əfv gözlənilir”

2 Dekabr, 2020
1662
"Böyük miqyasda əfv sərəncamının imzalanacağını istisna etmirəm. Çünki Azərbaycan torpaqlarını işğaldan azad edib və Vətən Müharibəsi qələbə ilə başa çatıb. Heç şübhəsiz ki, bu qələbə bütün Azərbaycan xalqı üçün bu və ya digər formada bayramdır”.

Bunu "Toplum TV”yə Prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib.

Ə.Nuriyev bildirib ki, hər il Novruz bayramı ərəfəsində Azərbaycan Prezidenti əfv sərəncamı imzalasa da, bu il istisna hallar baş verib: "Koronavirus pandemiyası səbəbi ilə 65 yaşdan yuxarı xüsusi risk qrupuna daxil olan şəxslərin əfvi ilə bağlı ölkə başçısı sərəncam imzaladı və nəticədə 176 nəfər şəxs əfv olundu. Bu da bütövlükdə cəzaçəkmə müəssisələrində həmin yaş qrupuna daxil olan şəxslərin hardasa 80 faizini təşkil edirdi”. 

"O cümlədən, bu ilin sonunda da cəzaçəkmə müəssisələrindəki şəxslərin prezident tərəfindən əfv olunacağına inanıram. Pandemiya səbəbi ilə əfv komissiyasının iclasının keçirilməsində ləngimələr olsa da, yaxın zamanda böyük bir əfv sərəncamının imzalanacağını istisna etmirəm”, – deyə komissiya üzvü əlavə edib. 

"Bakı İnsan Hüquqları Klubu” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Rəsul Cəfərov da belə bir əfv sərəncamının imzalanmasının gözlənildiyini bildirib: "Bu dəfə azadlığa buraxılacaq şəxslərin sayının yüksək olacağını düşünürəm. Hətta bu siyahıya təqsiri sübuta yetirilməyən, siyasi motivli qərarlar nəticəsində azadlıqdan məhrum edilən şəxslərin də daxil ediləcəyini istisna etmirəm. Yaxın günlərdə bizim ictimai birliyin də bununla bağlı çağırışı olacaq və inanıram ki, bu müraciət öz nəticəsini verəcək. Biz hazırda çalışırıq ki, bütün siyasi məhbuslar azadlığa çıxmaq imkanı əldə etsin və bu məsələ ümumiyyətlə aradan qaldırılsın”.

 
Hüquq müdafiəçisi əfv olunmasını istədiyi bəzi məhbusların adlarını da çəkib: "Biz 1996-cı ildən azadlıqdan məhrum edilən I Qarabağ müharibəsinin iştirakçıları, keçmiş OMON-çular Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun, professor Məhəmməd İmanlının, eyni zamanda həbsdə olan digər şəxslərin; siyasi partiya üzvlərinin, dindarların, jurnalistlərin də bu dəfəki sərəncamda yer almasını istəyirik”.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də döyüşlər başlamışdı. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib.

Bu 44 gün ərzində Azərbaycan tərəfi 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub.

Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Prezident İlham Əliyevin dekabrın 2-də imzaladığı sərəncama əsasən, bundan sonra hər il sentyabrın 27-si Anım Günü, noyabrın 10-u Zəfər Günü kimi qeyd ediləcək.

Nigar Səmədli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo