17:39, 31 May 2020 (Bazar) 311

Əmək Məcəlləsində dəyişiklik gözlənilir

Əmək Məcəlləsində dəyişiklik gözlənilir
Əmək Məcəlləsinə əlilliyi olan şəxslərlə bağlı əlavə ediləcək. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin(ƏƏSMN) saytında məlumat verilib. 

Məlumatda bildirilib ki,  dəyişiklik  işəgötürənin əsas vəzifələri sırasına "əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verməmək” məzmununda yarımbəndinin daxil edilməsi ilə bağlıdır. 

Bildirilib ki, Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni qanun layihəsində məcəlləyə əlilliyi olan şəxslərin əmək münasibətləri sahəsində hüquqlarının daha dolğun şəkildə təsbit olunmasına yönəlib: "Bununla Məcəllənin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun müvafiq maddəsi ilə uyğunluğu da təmin olunacaq”. 

 Elmar Əziz