13:15, 11 İyul 2020 (Şənbə) 326

Ər-Riyaddan 83 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb

Ər-Riyaddan 83 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 Azərbaycan vətəndaşlarını ölkəyə çatdırıb.

APA-nn verdiyi məlumata görə, yalnız reysdən əvvəl  48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.