11:00, 11 Dekabr 2019 (Çərşənbə) 154

Ərdoğan: “Nobel komitəsi siyasi struktura çevrilib”

Ərdoğan: “Nobel komitəsi siyasi struktura çevrilib”


/ DÜNYA
"Nobel komitəsi siyasi və ideologiyaya əsaslanan struktura çevrilib. Mənim üçün bu mükafatın heç bir dəyəri yoxdur".

Türkiyə mətbuatı məlumat verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu il üzrə Nobel mükafatının Avstriya yazıçısı və dramaturqu Piter Handkeyə verilməsini şərh edərkən deyib.

Türkiyə liderinin sözlərinə görə, əgər ədəbiyyat üzrə Nobel mükafatı ksenofobiya baxışları olan insana verilirsə, o, bütün dünyada insan hüquqlarını pozanların mükafatı olacaq.

"Bu mükafatın verilməsi mərasimində Türkiyə nümayəndələri olmayacaq. Belə cinayətkarın mükafatlandırılmasında iştirak etmək cinayətin şəriki olmaq deməkdir", - dövlət başçısı bildirib.

Ərdoğan əlavə edib ki, əgər nə vaxtsa onu Nobel mükafatı ilə təltif etsələr, bu mükafatdan imtina edəcək.

Albaniya, Türkiyə, Xorvatiyanın səfirləri Nobel mükafatının təqdim edilməsi mərasimini boykot ediblər.