12:11, 17 Noyabr 2020 (Çərşənbə axşamı) 75

Ərdoğan Pompeo ilə görüşmək üçün vaxt tapmadı

Ərdoğan Pompeo ilə görüşmək üçün vaxt tapmadı


/ DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə səfərdə olan ABŞ-ın Dövlət Katibi Mayk Pompeo ilə görüşmək üçün vaxt tapmayıb.

Bu barədə "RİA Novosti" xəbər yayıb. 

"Həm dövlət katibi, həm Mövlud Çavuşoğlu daxil olmaqla, türk rəsmi nümayəndələr, həmçinin Ərdoğan istəyərdi ki, görüş baş tutsun. Nəticədə bu baş vermədi. Bu, prezident Ərdoğanın gündəliyi dəyişdiyi üçün baş tutmayıb və görüşü Dövlət Katibinin səfəri ilə uyğunlaşdırmaq mümkün olmayıb", - Dövlət Departamentinin nümayəndəsi İstanbuldakı mətbuat konfransı zamanı deyib. 

O, Bakı ilə Ankara arasındakı fikir ayrılığını qəbul edib, amma baş verən hadisənin səbəbləri ilə bağlı suallara cavab verməyib, bunu, sadəcə, Ərdoğanın iş qrafiki ilə əlaqələndirib. 

Mayk Pompeo İstanbula Konstantinopol patriarxı Varfolomey ilə görüşmək üçün səfər edib. Səfər zamanı paytaxt Ankaranı ziyarət etmək nəzərdə tutulmayıb.

Bu gün isə ABŞ Dövlət Katibinin Gürcüstana səfəri gözlənilir.