17:51, 23 Oktyabr 2020 (Cümə) 99

Ərdoğan sülh sazişindən danışdı: ""Vaqner" üç aya Liviyadan çıxacaqmı?

Ərdoğan sülh sazişindən danışdı:


/ DÜNYA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 23 oktyabrda Liviyada bağlanan sülh sazişini tənqid edib. 

Onun fikrincə, bugünkü sazişin imzalanmasında "yüksək səviyyəli rəsmilər" iştirak etməyib, ona görə də sazişin nə qədər müddət keçərli olacağı məlum deyil. 

"Lenta.ru"nun xəbərində belə deyilir. 

"Bundan başqa, "Vaqner" kimi döyüşçü qruplarının üç ay ərzində Liviyadan həqiqətən çıxıb-çıxmayacağını da bilmək lazımdır", - Türkiyə lideri deyib. 

Bu gün Liviyada münaqişə tərəfləri "5+5" formatı çərçivəsindəki danışıqlar zamanı ölkə ərazisindəki əcnəbi döyüşçülərin çıxarılması barədə razılığa gəliblər. 

İsveçrənin Cenevrə şəhərində imzalanan sazişə əsasən, tərəflər yolların açılmasına, Tripoli və Benqazi şəhərləri arasında havadan müntəzəm xəbərləşmənin aparılmasına dair razılığa gəliblər. 

Liviyada uzun müddətdir ki, hökuməti təmsil edən Milli Birlik hərəkatı və ona müxalif Liviya Milli Ordusu arasında qarşıdurma gedir. 

Tripoli şəhərinə və ölkənin qərb ərazilərinə nəzarət edən Milli Birlik hərəkatına Türkiyə dəstək verir. 

Liviya Milli Ordusunu isə Misir və Səudiyyə Ərəbistanı dəstəkləyir. Fransa və BƏƏ-nin də qeyri-rəsmi olaraq, Liviya Milli Ordusuna dəstək verdiyi bildirilir. 

Fransanın müxalif qüvvələrə gizlicə hərbi yardım etdiyi də iddia edilir.