16:25, 23 Oktyabr 2020 (Cümə) 90

Ərdoğan: “Türkiyə ən azı Rusiya qədər sülh danışıqlarında yer almalıdır”

Ərdoğan: “Türkiyə ən azı Rusiya qədər sülh danışıqlarında yer almalıdır”
Oktyabrın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazını qıldıqdan sonra Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bir neçə məsələyə aydınlıq gətirib. 

"Sondakika.com”un məlumatına görə, prezident Ermənistan Azərbaycan münasibətlərinin tənzimlənməsində ən az Rusiya qədər söz sahibi olduğunu deyib. 

"ATƏT-in Minsk qrupu bir nəticə ortaya qoya bilməyib. Azərbaycan haqlı tələbini ortaya qoyur. Deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik". 

O bildirib ki, sərhəd təhlükəsizliyi, sülh danışıqlarında Rusiya ilə birgə Türkiyə də iştirak etməlidir.  

"Əslində, Rusiyanın bu məsələyə mənfi münasibəti yoxdur. Rusiyanın Türkiyə ilə bağlı mənfi açıqlamaları yoxdur”, - Ərdoğan belə deyib.