16:10, 15 İyul 2020 (Çərşənbə) 164

Erməni hakerlər Azərbaycanın bəzi xəbər saytlarına hücum ediblər

Erməni hakerlər Azərbaycanın bəzi xəbər saytlarına hücum ediblər
İyulun 15-də səhərdən erməni hakerlər Azərbaycanın bəzi xəbər saytlarına – "Day.Az”, "Milli.Az”, "Trend”  və "Azernews” hücum ediblər.

"Trend” agentliyinin məlumatına görə, " serverə kütləvi hücum artıq bir neçə saatdır ki, davam edir. Texniki xidmətlər problemin aradan qaldırılması üçün mümkün olan hər şeyi edirlər. Hazırda bəzi istifadəçilərin saytlara daxil olmasında nasazlıqlar mümkündür”, - agentliyin məlumatında bildirilir. Qeyd edək ki, səhərdən günortaya qədər göstərilən saytlara daxil olmaq mümkün olmayıb.

Bir gün öncə azərbaycanlı hakerlər Ermənistanın baş nazirinin saytına hücum edərək orada İlham Əliyevin çıxışını yerləşdiriblər.

turan.az