12:24, 23 Oktyabr 2020 (Cümə) 133

Erməni patriarx Ərdoğana: "Türkiyənin Qarabağla bağlı təşəbbüslərinin xüsusi əhəmiyyəti var"

Erməni patriarx Ərdoğana:


/ DÜNYA
Türkiyədəki erməni icmasının 85-ci patriarxı Saak Maşalyan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana erməni yazıçı, jurnalist və iqtidardakı AKP partiyasının üzvü Markar Esayanın dəfn mərasimində iştirak etdiyinə görə təşəkkür edib. 

Bu barədə 22 oktyabrda "Anadolu" Agentliyi xəbər yayıb. 

Maşalyanın sözlərinə görə, Ərdoğan erməni icmasına çətin zəmanədə - Dağlıq Qarabağdakı hadisələr fonunda diqqət ayırıb. 

"Qafqazdakı faciəvi hadisələr dinlərarası bir münaqişə deyil. Bu hətta Erməni və Azərbaycan xalqları arasındakı bir münaqişə deyil. İndi vacib olan məsələ uzunömürlü dostluğun əsasını qoymaq üçün birgə təşəbbüslərlə çıxış etməkdir. Bu mənada Türkiyənin, xüsusilə də siz cənab Erdoğanın göstərdiyi təşəbbüslər böyük əhəmiyyətə malikdir", - patriarx Türkiyə prezidenti ilə görüşündə deyib. 

Maşalyanın sözlərinə görə, Türkiyə liderinin erməni siyasətçi ilə vida mərasimində iştirak etməsi böyük hadisə və mesajdır.