12:02, 24 Oktyabr 2020 (Şənbə) 72

Ermənilərin Tərtərə atdığı raket 16 yaşlı gəncin ölümünə səbəb oldu

Ermənilərin Tərtərə atdığı raket 16 yaşlı gəncin ölümünə səbəb oldu

 

"Ermənilərin Tərtəri atəşə tutması nəticəsində yeniyetmə həlak olub"

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyevözünün tvitter səhifəsində yazıb.

O bildirib ki, Tərtət şəhərinə "Smerç” raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan həlak olub.

Hikmət Hacıyev qeyd edib ki, İsmayılzadə Orxan evlərinin bağçasında öldürülüb: "Orxan xurma yığırdı, çünki indi mövsümüdür”.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb. Razılaşmaların pozulmasında terefler bir-birini günahlandırırlar.