Siyasət

Ermənistan Dilqəm Əsgərovla Şahbaz Quliyevi qaytaracaqmı?

11 Noyabr, 2020
429
"Bəyanatda əsirlərin, cəsədlərin və digər saxlanılan şəxslərin dəyişdirilməsilə bağlı bənd var. Biz o bəndə istinadən əsirlərin geri qaytarılması prosesini sürətləndirə bilərik”.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev "Toplum TV"-yə açıqlamasında Rusiya, Ermənistan və Azərbaycanın imzaladığı üçtərəfli bəyanatdakı sözügedən şərti şərh edərkən belə deyib.     
                           
O, erməni girovluğunda olan Dilqəm Əsgərovla Şahbaz Quliyevin bu maddəyə əsasən Azərbaycana təhvil veriləcəyini bildirib: "Bəyanatdakı "digər şəxslər” ifadəsi imkan verir ki, müharibə dövründən qabaq əsir düşən mülki şəxslər də geri qaytarılsın. Yəni bu maddə bütün saxlanılan şəxsləri dəyişmək imkanı yaradır. Bilirsiniz ki, Dilqəm Əsgərov  Rusiya vətəndaşıdır və biz hətta Rusiyanın vasitəçiliyilə də onu geri almağa çalışmışıq. Həm Minsk Qrupu həmsədrləri, həm də Ermənistan tərəfiylə görüşlərdə də bu məsələ qaldırılıb. Ermənistan hər zaman əsas gətirib ki, əsirlər "DQR”-in ərazisinə qanunsuz keçib. Halbuki separatçı rejim Azərbaycan ərazisində qurulub”.

Ə.Nuriyev həmçinin qeyd edib ki, Ermənistanda saxlanan girovlar bu günə qədər yaxınları ilə görüşə bilməyiblər, yalnız Qızıl Aypara və Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə onlarla məktublaşmaları təşkil olunub.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti geri alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda girovlara qanunsuz məhkəmə qurulub, D.Əsgərov ömürlük, Ş.Quliyevsə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo