16:37, 21 Oktyabr 2020 (Çərşənbə) 88

Ermənistan hərbi hissə komandiri və 4 zabitin öldürüldüyünü açıqladı (YENİLƏNİB)

Ermənistan hərbi hissə komandiri və 4 zabitin öldürüldüyünü açıqladı (YENİLƏNİB)
Oktyabrın 21-i erməni silahlı qüvvələrinə məxsus 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan ordusu tərəfindən vurulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, cəbhənin Füzuli istiqamətində 2, Tərtər istiqamətində 1 PUA Azərbaycan Hərbi Hava qüvvələri tərəfindən zərərsizləşdirilib.

13:31

Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Azərbaycan ordusu tərəfindən vurulub.
Məlumatı Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.
"Oktyabrın 21-də saat 12.00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib", - xəbərdə bildirilir.

13:05

Azərbaycan ordusunun əks hücuma keçməsi nəticəsində Ermənistan ordusunun yüksək rütbəli hərbiçiləri həlak olub.

"Novosti Armeniya” məlumatı Ermənistanın Müdafiə Nazirliyinə istinadən yayıb.

Açıqlamaya əsasən, ölən zabitlər bunlardır: hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan.

Oktyabrın 21-i isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan ordusunun alay komandirinin müavini Vahan Sarkisyanın döyüşlərdə öldüyünü açıqlayıb.

Açıqlamada döyüşlər zamanı Ermənistana məxsus 3 ədəd artilleriya qurğusu, bir neçə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobilinin sıradan çıxarıldığı bildirilib.