10:06, 26 Oktyabr 2020 (Bazar ertəsi) 103

Ermənistan humanitar atəşkəs rejimini pozur

Ermənistan humanitar atəşkəs rejimini pozur
"Paşinyan yenə yalan danışır”.
 
Prezidentin köməkçisi Hikmət Hacıyev öz "Tvitter” hesabında Nikol Paşinyanın bu platformadakı paylaşımına cavab olaraq belə yazıb. 
 
Ermənistanın baş naziri səhər saatlarında "Tvitter” hesabında yazıb ki, Ermənistan ABŞ-ın vasitəçiliyi ilə qəbul edilmiş humanitar atəşkəs rejiminə tam şəkildə əməl edir. 
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin oktyabrın 26-sı saat 08.05-də Tərtər şəhərini və rayonun kəndlərini atəşə tutduğu barədə məlumat yayıb.  

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.

Növbəti atəşkəs razılaşması isə bu gün saat 08.00-da qüvvəyə minib.