Dünya

Ermənistan minimum əməkhaqqını kəskin artırır

20 Noyabr, 2019
347
Ermənistan Milli Məclisi noyabrın 19-da ölkədə minimum əməkhaqqının 20 faizdən çox artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

AzadlıqRadiosu xəbər verir ki, 2015-ci ilin iyulundan bəri 55 min dram (115.57 dollar) olan minumum əməkhaqqı 2020-ci il, yanvarından 1-dən 68 min drama (142.89 dollar) çatdırılacaq.

Millət vəkilləri hesab edirlər ki, bu addım ölkədə yoxsulluğun bir qədər azalmasına töhfə verəcək.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, hazırkı artım misilsiz addımdır, beləki Ermənistanda indiyədək heç vaxt minimum əməkhaqqı birdən-birə 13 min dram artırılmayıb.

"Minimum əməhaqqı haqqında” hazırkı qanun 2003-cü ildə qəbul edilib.

O vaxt minumum əməkhaqqı 13 min dram (27.32 dollar) müəyyən edilmişdi. Sonrakı 11 ildə minimum əməkhaqqı 10 dəfə artırılıb. Lakin bu artım hər həfə yalnız 2500-5000 dramdan (5.25-10.51 dollar) çox olmurdu.

Yalnız 2013-cü ildə minimum əməkhaqqı birdən-birə 10 min dram artırılmışdı. Bu həmin il ölkədə prezident seçkisinin keçirilməsi ilə bağlı idi.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo