09:42, 18 Oktyabr 2020 (Bazar) 84

Ermənistan yenidən atəşkəs pozub - YENİLƏNİB

Ermənistan yenidən atəşkəs pozub - YENİLƏNİB
13:46

Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur
 
10:41
 
Oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.
 
10:09

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan tərəfi oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.
 
09:43
 
Ağdama top atılıb, bir nəfər xəsarət alıb. 

Bu barədə məlumatı Baş Prokurorluq yayıb. 

Məlumatda qeyd olunur ki, oktyabrın 17-də, saat 21 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Ağdam rayonunun atəşə tutulması nəticəsində Mahrızlı kənd sakini, 1981-ci il təvəllüdlü Həsənov Ramil Kamal oğlunun həyətinə top mərmisinin düşüb. Nəticədə kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib. 
 
09:35
 
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb:

"Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub". 

Məlumatda qeyd olunub ki, Ermənistan silahlı qüvvələri Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub:

"Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb".

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl və Füzuli şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yenidən humanitar atəşkəs razılaşması imzalanıb.