11:19, 25 May 2020 (Bazar ertəsi) 274

Ermənistanda bir gündə koronavirusa 452 nəfər yoluxub

Ermənistanda bir gündə koronavirusa 452 nəfər yoluxub
Ermənistanda daha 452 nəfərdə koronavirus aşkarlanıb. Bu, ölkədə gündəlik qeydə alınan rekord yoluxma halıdır.

"Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 7 113-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 87-ə çatıb.

Bildirilib ki, indiyədək 3 145 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 3 842 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.