12:07, 03 İyun 2020 (Çərşənbə) 424

Ermənistanda daha 515 nəfər koronavirusa yoluxub

Ermənistanda daha 515 nəfər koronavirusa yoluxub
Ermənistanda daha 515 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb.

"Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 10 524-a yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 170-ə çatıb. Bildirilib ki, indiyədək 3 454 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 6 841 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.