11:33, 29 May 2020 (Cümə) 160

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı: 8 676 nəfər

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı: 8 676 nəfər
Ermənistanda son sutkada daha 460 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb.

"Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 8 676-a yüksəlib. Ölkədə koronavirusdan ölənlərin sayı isə 120 nəfərə çatıb.

Bildirilib ki, indiyədək 3 297 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 5 214 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.