Siyasət

Ermənistanda Nikol Paşinyanın istefası tələb olunur

27 Oktyabr, 2020
420
Ermənistanın keçmiş baş naiziri və müdafiə naziri Vazgen Manukyan Nikol Paşinyan hökumətinin istefa verməli olduğunu deyib.
 
Bu barədə 27 oktyabrda "verelq.am" portalı xəbər yayıb. 

"Biz tariximizin ən rüsvayçı və sarsıdıcı səhifələrindən birini yaşamaqdayıq. Təhlükədə olan təkcə Qarabağ deyil, həm də Ermənistan və onun gələcəyidir. Vəziyyətdən çıxmaq və yaralara məlhəm qoymaq mümkündürmü? Bəli. Ancaq hazırkı hökumətlə yox" - Vazgen Manukyan belə deyib. 

Keçmiş baş nazir sual verib: "Nə etmək lazımdır?". Və özü bu suala cavab verib:

1. Hazırkı iqtidar hakimiyyəti orduya təhvil verməklə istefaya getməlidir və bunu könüllü, axırı ölümcül ola biləcək pozuculuq etmədən yerinə yetirməlidir. 

2. Ordu bütün hakimiyyəti ələ almalı, Qarabağla birlikdə vahid müdafiə komitəsi yaratmalıdır. Maraqlı dövlətlərlə, beynəlxalq təşkilatlarla danışıqlar aparmaqla və etimad yaratmaqla hazırkı hərbi vəziyyətin məntiqinə uyğun tədbirlər görməlidir. 

"Bu, yeganə xilas yoludur. Əks halda, biz hər şeyi itirə bilərik" deyə, Vazgen Manukyan bəyan edib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo