Sosial

Ermənistanda Sentyabrın 15-dən məktəblər açılır

11 Avqust, 2020
911
Koronavirus pandemiyasına görə martdan məktəblərin bağlandığı Ermənistanda sentyabrın 15-dən təhsil ocaqları qapılarını tələbələrin üzünə açacaq. Bunu Təhsil naziri Arayik Harutiunian avqustun 10-da deyib.

Harutiunian açıqlamanı koronavirusla bağlı durumu koordinasiya edən aparıcı hökumət rəsmiləri ilə müzakirələrdən sonra verib.

Nazirin sözlərinə görə, təmayül kollecləri, musiqi və incəsənət məktəbləri də sentyabrın 15-dən yenidən açılacaq.

Harutiunian hökumətin qoyduğu bütün sanitar və gigiyenik qaydalara əməl etməyin vacibliyini vurğulayıb.

Nazir deyir ki, universitetlər və digər təhsil ocaqları haqda qərar gələn həftə ərzində veriləcək.

"Fövqəladə vəziyyətə nəzarət edən orqanlar, tərəfdaşlarımız və nazirlik bütün məsələlərlə bağlı detallı prosedur və qaydaları birgə hazırlayıblar, bunlar bir neçə günə dərc olunacaq və paylaşılacaq”, – Harutiunian Facebook-da yazıb.

Onun sözlərinə görə, müəllimlər, valideynlər və tələbələr "dərs ilinin uğurla başlaması və rahat getməsi üçün birlikdə işləməli, pandemiyanın səbəb olduğu qadağaları nəzərə almalı, media provokasiyalarına imkan verməməlidirlər”.

Martdan bütün məktəblər, universitetlər, digər təhsil ocaqları bağlanıb, distant təhsilə keçib.

Ermənistanda mövcud fövqəladə vəziyyət avqustun 12-də başa çatmalıdır, ancaq hökumət onu daha bir ay uzatmağı planlaşdırır.

İndiyədək bu ölkədə yeni koronavirusa 40 min 433 yoluxma və 796 ölüm təsdiqlənib.
 
azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo