16:07, 17 Noyabr 2020 (Çərşənbə axşamı) 70

Ermənistanda XİN rəhbərinin müavini istefa verdi

Ermənistanda XİN rəhbərinin müavini istefa verdi


/ DÜNYA

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan vəzifəsindən azad edilib. 

Bu barədə məlumatı noyabrın 17-də "News.am" saytı yayıb. 

12 ildir nazir müavini vəzifəsini tutan 72 yaşlı Şavarş Koçaryan əsas etibarilə Qarabağ problemi ilə məşğul olurdu. 

Onun işdən çıxarılması barədə baş nazir Nikol Paşinyanın sərəncam imzaladığı bildirilir. 

Bu, dünəndən bəri Ermənistan xarici işlər nazirliyində baş verən ikinci qalmaqallı istefadır. 

Dünən də xarici işlər naziri Zöhrab Mnatsayan vəzifəsindən istefa vermişdi.