17:56, 18 Noyabr 2020 (Çərşənbə) 70

Ermənistanın baş hərbi müfəttişi istefa verib

Ermənistanın baş hərbi müfəttişi istefa verib


/ DÜNYA
Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəisi, general-leytenant Movses Akopyan vəzifəsindən istefa verib.

"Qraparak” nəşrinin xəbərinə görə, bu barədə generalın özü məlumat verib. "Bəli, mən istefa vermişəm. Səbəbləri barədə sonra məlumat verəcəm", - Akopyan deyib. 

Movses Akopyan 2019-cu il mayın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın sərəncamı ilə baş hərbi müfəttiş təyin edilmişdi. O, buna qədər Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi vəzifəsini icra etmişdi.

Movses Akopyan 1965-ci il fevralın 4-də Azərbaycanın Xocavənd rayonunda anadan olub.