12:36, 23 Oktyabr 2020 (Cümə) 139

Qarabağda Ermənistanın keçmiş deputatı öldürülüb

Qarabağda Ermənistanın keçmiş deputatı öldürülüb
Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan parlamentinin keçmiş deputatı David Matevosyan öldürülüb.

"Sputnik Armeniya” xəbərinə görə, bu barədə onun qızı Ermine Matevosyan yayıb.

Məlumatda deyilir ki, David Matevosyan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın tərəfdarları, eyni zamanda birinci Qarabağ müharibəsinin iştikaçı olub.

Matevosyan 2008-ci ildə o vaxtkı prezidentliyə namizəd Ter-Petrosyanının seçki qərargahına rəhbərlik edib.

Həmin ilin martında prezident seçkisinin nəticələrinə etiraz aksiyasına qatılıb.

3 il müddətinə azadlıqdan məhrum olunub.