12:10, 20 Noyabr 2020 (Cümə) 88

Ermənistanın müdafiə naziri istefa verdi

Ermənistanın müdafiə naziri istefa verdi


/ DÜNYA
Ermənistanın müdafiə naziri David Tonoyan istefa verib. Bu barədə noyabrın 20-də Ermənistan KİV-i məlumat yayıb. 

"Sputnik Armenia"nın yazdığına görə, Tonoyanın yerinə baş nazir Nikol Paşinyanın müşaviri Vaqarşak Arutunyan müdafiə naziri təyin ediləcək. Vaqarşak Arutunyan 1999-2000-ci illərdə də Ermənistan müdafiə naziri vəzifəsini icra edib. 

David Tonoyan II Qarabağ müharibəsindən əvvəl təxribatçı açıqlamaları ilə tez-tez gündəmə gəlirdi. O, Ermənistanın yeni ərazilər tutacağını bəyan edirdi. Son müharibədəki məğlubiyyətdən sonra isə o, sərt tənqidlərə məruz qalmışdı. 

Ermənistanda müharibədən sonra baş verən siyasi böhran nəticəsində xarici işlər naziri Zöhrab Mnasakany və fövqəladə hallar naziri Felik Salokyan başda olmaqla, bir çox yüksək vəzifəli şəxs istefa verib.