16:11, 16 Noyabr 2020 (Bazar ertəsi) 92

Ermənistanın xarici işlər naziri istefa verdi

Ermənistanın xarici işlər naziri istefa verdi


/ DÜNYA
Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan istefa ərizəsi yazıb.
 
Bu barədə noyabrın 16-da "Sputnik Armeniya" xəbər yayıb. 

İstefa ilə əlaqədar detallı məlumat verilməyib.
 
Baş nazir Nikol Paşinyan bugünkü açıqlamalarında bildirmişdi ki, hökumətdəki bəzi şəxslər istefaya göndəriləcəklər. İstefaya göndəriləcək şəxslərin arasında Zöhrab Mnasakanyanın da adı qeyd olunurdu. 

Zöhrab Mnasakanya bir neçə gün əvvəlki açıqlamasında bəyan etmişdi ki, noyabrın 10-da Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında imzalanan saziş-bəyanatın mətnindən xəbəri olmayıb. Ermənistanda xüsusilə müxalifət kəsim baş diplomatın belə bir mətndən xəbərinin olmamasının mümkünsüz olduğunu irəli sürmüş, bunun inandırıcı olmadığını vurğulamışdı.  

Bu gün Nikol Paşinyanın başçılıq etdiyi "Mənim addımım" partiyasından olan daha bir neçə yüksək rütbəli şəxs istefa verib.