Siyasət

"Ermənistanla indiki danışıqların mənası yoxdur"

7 İyul, 2020
691
Azər Qasımlı: "Ola bilər ki, 2016-cı il ssenarisinin təkrarlanması barədə qərar verilib”

Azərbaycan prezidenti İlham Əliyev iyulun 6-da yerli telekanallara müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən narazılığını və Azərbaycanın istənilən an Qarabağ münaqişəsini hərbi yolla həll etməyə hazır olduğunu bildirib. Prezident həmsədrlərdən konkret bəyanatlar eşitmək istədiyini bildirib və qeyd edib ki, Minsk qrupu BMT və onun Nizamnaməsindən üstün ola bilməz.

"Ermənistanın baş naziri deyir "Qarabağ Ermənistandır”. Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. 
Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilmir”.

Dövlət başçısı Minsk qrupundan aydınlıq tələb etdiyini bildirib və qeyd edib ki, "nala-mıxa vurmaq vaxtı keçib”.
Onun sözlərinə görə, Ermənistanın danışıqlar formatını dəyişmək cəhdi danışıqları əhəmiyyətsiz edir. O, həmçinin həmsədrlərin qondarma "Dağlıq Qarabağ Respublikasında” seçki keçirilməsinə də adekvat cavab vermədiklərini deyib.

"Bu, açıq-aydın təxribatdır. İndiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq”.


Həmsədrlərin münaqişənin hərbi yolunun olmaması barədə tezisi ilə razılaşmadığını bildirən İlham Əliyev BMT Nizamnaməsini əsas gətirib.

"Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır”.

İlham Əliyev hazırda Azərbaycanla Ermənistan arasında faktiki olaraq danışıqlar prosesinin getmədiyini bildirib.

"Bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Biz öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin aprel döyüşləri yadından çıxmasın”.


Siyasi icmalçı Azər Qasımlı: "Dövlət başçısı 6 iyul müsahibəsilə Azərbaycan cəmiyyətinə mesaj verir. Konkret olaraq, İlham Əliyevin "danışıqlar artıq mənasızdır” fikri Azərbaycan cəmiyyətinə yönəlib. Yəni cəmiyyət hazır olsun, istənilən zaman münaqişəni hərbi yolla həll edə bilərlər. Prezident demək istəyir ki, danışıqların qeyri-effektiv olduğunu bilirlər və görürlər, bununla bağlı heç kimdə şübhə yaranmasın. Amma ümumən götürdükdə Əliyev Ermənistan ictimaiyyətinə və Baş nazir Paşinyana mesaj verir ki, aprel döyüşlərini unutmayın, yenidən təkrarlaya bilərik. Ancaq prezidentin bəyanatının əmələ çevirəcəyinə inanmıram. Çünki indiyə qədər oxşar bəyanatlar səsləndirib. İlham Əliyev 17 ildir lazım gələndə hərbi yolla problemi həll edəcəklərini deyir. Sadəcə, bu dəfə danışıqların mənasız və qeyri-effektiv olduğunu xatırladıb, bu, yenilikdir. Buna görə də ehtimal ki, hansısa addım atılsın. Bilirsiniz, karantin rejimi bitəndən sonra Azərbaycan tamamilə fərqli olacaq, siyasi fəallıq yüksələcək, xüsusilə müxalifətin, cəmiyyətin təpkisi artacaq. Hakim elita isə karantindən çox zəifləmiş şəkildə çıxacaq. Məsələ ondadır ki, Əliyev kimi avtoritar liderlər bu cür situasiyalarda hərbi yola əl atırlar. 2015-ci ilin əvvəlində neftin qiymətinin enməsi ilə ölkədə sosial-iqtisadi durum ağırlaşmışdı və proseslər getdikcə hakimiyyətin əleyhinə çevrilirdi. 2016-cı il hərbi əməliyyatı da elə insanların diqqətini daxildən ayırmaq idi. Ehtimal edirəm ki, Əliyev hakimiyyəti 2016-cı il ssenarisinin təkrarlanması üzərində düşünüb, ola bilsin qərar da verib. Əgər karantindən sonra cəmiyyətin təpkiləri artacaqsa, bunları yatırmaq üçün ola bilər ki, hansısa hərbi kampaniyaya gedilsin”.



Mühacirətdə olan siyasi icmalçı Rauf Mirqədirov: "Prezidentin danışıqların mənasız olması barədə dediklərini ciddi qəbul etmirəm.

Əvvəl də bu ritorika olub ki, danışıqların belə davam edə bilməz, gec-tez bir sonucu olmalıdır, nəticə verməsə, biz bütün ərazilərimizi işğaldan azad edəcəyik. Anlayıram, bir çoxları prezidentin 6 iyul açıqlamalarını müharibəyə çağırış kimi qəbul edirlər. Amma deyilənlər növbəti xəbərdarlıqlardan biridir, təkcə xarici yox, daxili auditoriyaya da yönəlib. Vəziyyət siyasi və sosial baxımdan qeyri-müəyyəndir, o cümlədən, xarici dövlətlərlə, əsasən də Rusiyayla. Bu cür daxili və xarici gərginlik şəraitində diqqəti Qarabağ probleminə yönəltməkdə məqsəd vətənpərvərlik atmosferi yaratmaq da ola bilər. Amma yaxın vaxtlarda ciddi döyüş əməliyyatlarının şahidi olmayacağıq. ATƏT-in Minsk Qrupu həmsədrləri son bəyanatında tərəfləri son dövrlərdə istifadə olunan militarist ritorikadan imtinaya çağırıb. Ən yaxşı halda növbəti bəyanat ola bilər - yenə atəşkəs rejiminə riayət etməyə, qarşılıqlı etimadı artırmağa, danışıqları sürətləndirməyə çağırış olacaq”.

 
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur. Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.
 
meydan.tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo