11:30, 10 Dekabr 2019 (Çərşənbə axşamı) 204

"Eurohome" bazarı yanır

Dekabrın 10-da səhər saatlarında Binəqədi rayonu ərazisində yerləşən "EuroHome”  tikinti bazarında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin məlumata görə, hadisə yerinə 3 helikopter və bütün yanğınsöndürən qüvvələr cəlb olunub. 

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə yerində 6 nəfərə yardım göstərilib. 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Elmar Əziz