11:08, 21 Sentyabr 2020 (Bazar ertəsi) 65

Çexiyanın səhiyyə naziri istefa verdi

Çexiyanın səhiyyə naziri istefa verdi
Çexiyada koronavirusa yoluxanların sayının artması fonunda ölkənin Səhiyyə naziri Adam Voyteç istefa verib.
 
Bu barədə APA məlumat yayıb.

"Ciddi düşündükdən sonra Səhiyyə naziri postundan istefa verməklə bağlı qərar verdim”, - deyə A. Voyteç deyib.

O, ölkədə koronavirusun yayılmasına qarşı yeni həll yollarına dəstək vermək üçün belə bir qərar qəbul etdiyini vurğulayıb.

A. Voyteç bu barədə artıq Baş Nazir Andrey Babişə məlumat verib.

Qeyd edək ki, son həftələrdə Çexiyada koronavirusa yoluxanların sayı kəskin artıb.df511:05 AM 9/21/202056rde3