15:55, 29 İyul 2020 (Çərşənbə) 396

Fərəc Kərimli sərbəst buraxılıb

Fərəc Kərimli sərbəst buraxılıb
Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin iyulun 29-da Bakı Şəhər Baş Polis İdarəsində 4 saata yaxın saxlandıqdan sonra sərbəst buraxıldığı bildirilir.

Bu barədə Müsavat Partiyasından açıqlama verilib.

Partiyadan verilən məlumata görə, polisdə F.Kərimliyə saxlanma səbəbi kimi iyulun 14-dən 15-ə keçən gecə Milli Məclisin qarşısında keçirilən aksiyada iştirakı göstərilib. "Polis idarəsində aksiyada iştirak edən, ona bənzəyən birinin şəkili göstərilib. O, videogörüntülərə də baxılmasını istəyib. Videogörüntülərə baxılan zaman görüntülərdəki adamın başqa biri olduğu ortaya çıxıb. Bundan sonra F.Kərimli izahatı alınaraq sərbəst buraxılıb", - partiyadan qeyd ediblər.

Bu açıqlamaya, hələlik, Daxil İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
 
 
azadliq.org