İqtisadiyyat

“Fitch” Azərbaycanla bağlı reytinqi yeniləyib

29 Yanvar, 2020
738
"Fitch” Beynəlxalq Kredit Agentliyi həm Azərbaycanın, həm də dövlət şirkəti kimi SOCAR-ın reytinqini yeniləyib.

Bu barədə MeydanTV məlumat yayıb. 
 
SOCAR-ın reytinqi sonuncu dəfə 2019-cu ilin martında təsdiqlənmişdi.

İqtisadçı Rövşən Ağayev deyir ki, beynəlxalq agentliklərin reytinqi həm bilavasitə dövlətin özünə, həm də onun ayrıca götürülmüş subyektinə verilir. Xüsusilə də mərkəzi hökumətdən avtonom şəkildə xarici borc almaq istəyən şirkətlər, ayrıca götürülmüş yerli özünüidarə qurumları və ya maliyyə təsisatı üçün belə reytinq çox önəmlidir:

"Kredit reytinqləri subyektin öz öhdəliklərini yerinə yetirmə qabiliyyətini, mümkün maliyyə və iqtisadi riskləri qiymətləndirir. Xüsusilə də beynəlxalq maliyyə bazarlarından borclanmaq istəyən subyektlərin belə reytinqlərə malik olması şərtdir”.

Azərbaycanın reytinqinə gəlincə, bu dəfə reytinqi invetisiya deyil, spekulyativ səviyyəyə uyğundur. BB+ səviyyəsində təsdiqlənib. Agentliyin 4 pilləli (A,B, C, D) dərəcələndirilməsində bu səviyyə "spekulyativ əlamətlərlə riskli öhdəliklər" kimi təsnifləndirilib.

Hesabatda qeyd edilir ki, ölkənin əlverişli xarici balansa və aşağı dövlət borcuna malik olması güclü, lakin təbii resurslardan yüksək asılılığı, idarəetmə sisteminin zəif göstəricilərə malik olması, bank sektorunun zəifliyinin davam etməsi zəif tərəflərdir. Fiskal qaydanın tətbiqi, borc strategiyasının qüvvəyə minməsi və qeyri-neft büdcə kəsirinin hədəflənməsi pozitiv addımlar kimi qeyd olunur.

"Gözlənti budur ki, neftin qiymətinin nisbətən aşağı, sosial xərclərin daha yüksək olması 2020-2021-ci illərdə fiskal profisitin ÜDM-ə nisbətini 4.2 faizə enməsinə səbəb olacaq. Halbuki 2019-da bu rəqəm 6 faiz ətrafında idi”, – Rövşən Ağayev deyir.

İqtisadçı əlavə edir ki, xarici borcun ÜDM-ə nisbəti 18.9 faizdir. Bu, "BB" səviyyəsi üçün hazırkı medaian həddən (38.4%) əhəmiyyətli dərəcədə aşağıdır:

"Lakin dövlət zəmanətilə alınan və "şərti öhədlik" hesab olunan borclar daha böyükdür. Onların ÜDM-ə nisbəti 31 faizdir. Yəni bu göstərici nəzərə alındıqda dövlət sektorunun borcunun ÜDM-ə nisbəti 50 faiz təşkil edir”.

Hesabata görə, şərti öhdəliklər əsasən Beynəlxalq Bankın borcları və qaz layihələrilə bağlıdır.

Rövşən Ağayev deyir ki, dövlət borclarının 94 faizi xarici valyutadadır. Bu, "BB" səviyyəsi üçün hazırkı medaian həddən (60.7%) xeyli yüksəkdir:

"Ölkəyə xaricdən valyuta axınında əmtəə satışından yüksək asılılıq xüsusi vurğulanır. Azərbaycanda bu 67.2 faiz, "BB" səviyyəsi üçün hazırkı medaian hədd 21.8% təşkil edir”.

Hesabata görə, ölkədə real iqtisadi artım (2%) "BB" səviyyəsi üçün hazırkı medaian həddən (4%) 2 dəfə aşağıdır.

Azərbaycanda geniş pul kütləsinin ÜDM-ə nisbəti 33.7 faiz, "BB" səviyyəsi üçün hazırkı medaian hədd 47.7 faizdir.

Hökumətin xarici borclara xidmət xərclərinin onun icmal gəlirlərinə nisbəti 1.8 faizdir. Rövşən Ağayev deyir ki, bu, "BB" səviyyəsi üçün hazırkı medaian həddən (9.2%) əhəmiyyətli dərəcədə aşağıdır:

"Xalis suveren xarici aktivlərin (hökumətin xarici aktivlərinin və öhdəliklərinin nisbəti) ÜDM-də payı 79.5 faizdir. Halbuki "BB" səviyyəsi üçün hazırkı medaian hədd -2.5 faiz təşkil edir”.

Rövşən Ağayev əlavə edir ki, hesabatda həm də Beynəlxalq Bankın mənfəətinin və kapitalizasiyasının artması, aktivlərinin keyfiyyətinin yüksəlməsi qeyd edilir:

"Amma hələ də böyük həcmdə (800 mln. USD) açıq valyuta möveyinə malik olduğu da qeyd edilir. 2017-ci ildə həmin rəqəm 1.7 mlrd. dollar idi”.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo