12:27, 17 Oktyabr 2020 (Şənbə) 146

“France 24” Gəncənin vurulmasından yazdı

“France 24” Gəncənin vurulmasından yazdı
4 dildə yayımlanan, 355 milyonluq izləyicisi olan beynəlxalq xəbər kanalı  "France 24” Gəncənin raket zərbəsi vurulması haqda xəbər paylaşıb, ölən və yaralananlar, həmçinin dağıntılar haqqlnda məlumat verib. 

"Baş vermiş hadisə tərəflərin Rusiya və Türkiyəyə yaxınlaşmasından öncə xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında yenidən başlayan döyüşü sakitləşdirmək üçün beynəlxalq səyləri daha da zəiflədir.
 
Stepanakertin atəşə tutulması və Gəncəyə endirilən zərbələr Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çərşənbə günü "qan tökülməsini ən qısa müddətdə dayandırma" çağırışından sonra baş verib” - xəbərdə belə yazılıb.
 
Yazıda həmçinin Gəncənin 300 000-dən çox əhalisi olduğu vurğulanıb və Mingəçevir şəhərinin də atəşə tutulması barədə məlumat verilib. 
Oktyabrın 16-dan 17-nə keçən gecə Gəncə şəhəri Ermənistan ordusu tərəfindən raket atəşinə tutulub. Son məlumatlara görə, 13 nəfər mülki şəxs ölüb, 52 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri hələ də davam edir.