10:58, 12 Yanvar 2020 (Bazar) 89

Fransa hökuməti etirazlara səbəb olan pensiya islahatından imtina edib

Fransa hökuməti etirazlara səbəb olan pensiya islahatından imtina edib


/ DÜNYA
Fransa hökuməti pensiya islahatı layihəsinin etiraz aksiyalarına səbəb olan müddəasından müvəqqəti imtina etmək barədə qərar qəbul edib.

Bu barədə "France Info” ölkənin Baş nazirinin Həmkarlar İttifaqlarına göndərdiyi müraciətinə əsasən məlumat verib.

Qeyd olunub ki, pensiya islahatının bu müddəası yalnız 64 yaşına çatdıqdan sonra tam pensiya almağı nəzərdə tutur.

Qanun layihəsinin fevral ayında Fransa Parlamentinə təqdim ediləcəyi gözlənilirdi.