12:28, 26 Oktyabr 2020 (Bazar ertəsi) 181

Fransadan müsəlman ölkələrinə çağırış: fransız mallarını boykot etməyin

Fransadan müsəlman ölkələrinə çağırış: fransız mallarını boykot etməyin
Fransanın xarici işlər nazirliyi bəzi müsəlman ölkələrində fransız mallarına boykot çağırışlarının əsassız olduğunu bəyan edib və bildirib ki, bu cür hallar dərhal dayandırılmalıdır. 

"Lenta.ru"nun xəbərinə görə, nazirliyin 25 oktyabr tarixli bəyanatında deyilir: "Yaxın Şərqin bir neçə ölkəsində son günlər fransız mallarının, xüsusilə kənd-təsərrüfatı məhsullarının boykot edilməsinə dair çağırışlar səslənib, bu boykot çağırışları əsasən sosial şəbəkələrdə öz əksini tapmaqla, Fransaya qarşı bəzən nifrətamiz həddə ifadə edilən ümumi çağırışlara çevrilib".  

XİN-in açıqlamasına görə, bu çağırışlar Fransanın müdafiə etdiyi vicdan azadlığı, özünüifadə azadlığı və din azadlığı kimi dəyərləri təhrif edir. 

Bəyanatdan həmçinin xarici işlər nazirliyinin və diplomatik şəbəkənin Fransaya qarşı yönələn əsassız ittihamların qarşısını almaq və xarici partnyorlara ölkənin ədalətli mövqeyini çatdırmaq üçün tam səfərbər olduğu bildirilib.