Siyasət

Fuad Qəhrəmanlı çevriliş cəhdində ittiham olunur

25 İyul, 2020
547
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı haqqında həbs qərarı çıxarıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosu-na partiyanın mətbuat xidmətindən məlumat verilib.

Fuad Qəhrəmanlı iyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin parlamentin binasına girişi, polis maşınının aşırılması) görə başlanmış cinayət işi üzrə istintaqa cəlb olunub.

Son bir həftə ərzində həmin iş üzrə həbs edilən digər cəbhəçilərdən fərqli olaraq, Fuad Qəhrəmanlıya qarşı CM-in 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə yanaşı, 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəsilə də ittiham irəli sürülüb.

Fuad Qəhrəmanlı haqqında həbs-qətimkan tədbiri seçilməsi barədə məlumatı Nəsimi Rayon Məhkəməsindəki mənbə də 
AzadlıqRadiosuna təsdiqləyib: "Onun haqqında həbs-qətimkan tədbiri seçilməsi barədə təqdimata məhkəmənin hakimi Azər Tağıyev baxıb. Məhkəmə iclası axşam saat 21.00 radələrində keçirilib. Fuad Qəhrəmanlının hüquqlarını məhkəmədə ona dövlət hesabına təyin edilmiş vəkil müdafiə edib. İlkin istintaq dövrü üçün dörd aylıq həbs-qətimkan tədbiri seçilib”.

Ailəsinin seçdiyi vəkillə görüş verilmir

AXCP-dən bildirilib ki, Fuad Qəhrəmanlı iyulun 23-də axşam saat 17.00 radələrində saxlanılıb: "Onun yaşadığı ərazi üzrə Mənzil İstismar Sahəsinə gəlib, özlərini DTX əməkdaşları kimi təqdim ediblər. Oradan kiminsə onlarla gedib qapını göstərməsini istəyiblər. Qonşuların dediyinə görə, gələnlər mülki geyimdə olub. Fuad Qəhrəmanlı qapını gec açdığına görə təpiklə vurublar. Fuad Qəhrəmanlı həmin vaxt imkan tapıb partiya üzvlərindən birinə xəbər verib ki, onu həbs etməyə gəliblər. Sonradan ora gedən cəbhəçilərdən biri də qapının üstündə təpik izləri görüb”.Partiyadan onu da əlavə ediblər ki, Fuad Qəhrəmanlının yaxınlarının müqavilə bağladığı müdafiəçi olsa da, vəkil iyulun 24-də gün ərzində onun harada saxlanması barədə məlumat ala bilməyib.

Əli Kərimli: "Bunlar heç nə ilə pərdələnməyən siyasi repressiyadır”

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna bildirib ki, Fuad Qəhrəmanlı ümumiyyətlə, həmin aksiyada iştirak etməyib: "Onun həbsi üçün formal bəhanə də yoxdur. Bu qədər absurd həbslər həyata keçirilir. İyulun 23-də dörd nəfər cəbhəçini tutub evindən aparıb, karanti rejimini pozma ittihamıyla 30 sutka həbs veriblər. Adamları evindən aparıb deyirlər ki, "karantin rejimini pozmusan”. Bunlar heç nə ilə pərdələnməyən siyasi repressiyadır. İlham Əliyevin Xalq Cəbhəsini düşmən elan etməsindən sonra hüquq-mühafizə orqanları bunu təlimat kimi qəbul ediblər”.

20 ildən ömürlük həbsxana cəzasınadək

Fuad Qəhrəmanlı buna qədər iki dəfə uzunmüddətli həbsdə olub. İkinci dəfə 2015-ci ilin dekabrında Nardaran hadisələri barədə yazılarına görə həbs edilən Fuad Qəhrəmanlıya 10 il həbs cəzası verilmişdi.

O, 2019-cu ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. Fuad Qəhrəmanlı həmçinin bir neçə dəfə inzibati qaydada sutkalıq həbs cəzaları alıb.

Hazırda onun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.


Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. 
Daha 13 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub. Cinayət Məcəlləsinin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə cinayət işi başlanıb.

Həbs olunan şəxslərin sayı barədə rəsmi məlumat yoxdur. AXCP Qarabağa dəstək yürüşündən sonra 14 fəalının barəsində cinayət işi başlandığını, onlardan 13-nün barəsində həbs-qətimkan tədbiri seçildiyini bəyan edib. Daha 11 cəbhəçi haqqında isə inzibati həbs qərarları çıxarılıb.

AXCP ittihamların yalan olduğunu, həmin təxribatları törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib.

AXCP sədri Əli Kərimli bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır və prezident İlham Əliyevin 15 iyuldakı çıxışından qaynaqlanır. Nazirlər Kabinetinin iclasındakı çıxışında İlham Əliyev AXCP-nin ünvanına sərt fikirlər səsləndirmişdi.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo