13:19, 18 Oktyabr 2020 (Bazar) 130

Gəncədə daha 2 azyaşlının cəsədi tapılıb

Gəncədə daha 2 azyaşlının cəsədi tapılıb
Gəncədə dağıntılar altından daha 2 azyaşlı uşağın cəsədi tapılıb.
 
Bu haqda "Meydan TV"nin teleqram-kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu, Fövqəladə Hallar Nazirliyinin əməliyyat-axtarış tədbirləri sayəsində mümkün olub. Bununla da ölənlərin sayı 16 nəfərə çatıb.

Ermənistan Müdafiə Nazirliyi isə son sutka ərzində daha 40 əsgərinin öldüyünü açıqlayın. Beləliklə, qarşı tərəf 673 hərbçi itirdiyini rəsmən etiraf edib.
 
17 oktyabr, gecə saatlarında Ermənistanın atdığı raket zərbələri nəticəsində Gəncədə 16 nəfər ölüb, 52 yaralı var yaralı var. 

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl və Füzuli şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yenidən humanitar atəşkəs razılaşması imzalanıb.