Sosial

Gəncədə karantin rejimi: "Nə iş var, nə yardım"

5 İyul, 2020
1100
Mart ayından etibarən ölkədə karantin rejimi ilə əlaqədar olaraq bir çox iş yerlərində fəaliyyət dayandırılıb. 

Karantin rejimi Bakı ilə yanaşı, ölkənin ən böyük ikinci şəhəri olan Gəncəyə də təsirini göstərib.

Bəzi iş yerləri may ayından bərpa edilsə də, təhsil sahəsi ilə əlaqəli iş yerlərində fəaliyyətə icazə verilməyib. Bu sahələrə kurslarda işləyən müəllimlər, loqoped və psixoloqlar da daxildir.

"4 aydır ki, işimiz dayanıb, peşəm təhsil sahəsi olduğu üçün başqa iş də tapa bilmirəm"

İngilis dili müəllimi Almas Kərimli Toplum.Tv-yə deyir ki, karantin tətbiq olan gündən bəri hələ də dərslərin fəaliyyəti bərpa olunmadığı üçün işsiz qalıb. İxtisası ilə əlaqədar olaraq başqa bir iş də tapması çətindir. Almas onlayın şəkildə dərsləri davam etdirməyə çalışsa da, insanların bu formada dərs öyrənmək istəmədiklərini bildirir.
 

 
 
 
 
"Valdeynlər bilmir ki, maddi sıxıntı dərdi çəksin, yoxsa uşağın dərdini"

"Uşaqların psixoloji müalicələri yarımçıq qaldı. Karantin dövrü isə hər kəsi daha da aqressivləşdirdi. Valdeynlər bilmir ki, maddi sıxıntı dərdi çəksin, yoxsa uşağın dərdini", - psixoloq Nərmin Haqverdi vəziyyətin hərtərəfli pisləşdiyini deyir. 

Psixoloq hər kəsin evdə olduğu bu dövrdə, ailədaxili münaqişələr səbəbindən uşaqların psixoloji vəziyyətinin daha da pisləşəcəyini düşünür: "Bunun səbəblərindən biri də işsizlik və maddi problemlərdir". 

Nərmin Haqverdi deyir ki, aylardır işsizdir, lakin adına VÖEN olduğu üçün nə 190 AZN birdəfəlik ödəməni ala bilib, nə də vergi ödəyicilərinə ödənməli olan ödənişi: "Uşaqlar üçün inkişaf mərkəzləri də pandemiya ilə bağlı olaraq fəaliyyətlərini dayandırıb, bu müddətin də nə vaxt bitəcəyi bilinmir".

 Onsuz da incəsənət sahəsində maddi gözləntilər ilə işləmək yetərincə çətin idi, indi isə lap pis həddədir". 

"Nə rəsm sifarişi var, nə də tələbə"

Rəssam Türkan incəsənət adamının belə vəziyyətdə tükəndiyini deyir: "Nə iş var, nə də həvəs qalıb. İncəsənət adamı sadəcə sağ qalmaq üçün çalışmamalıdır, ona ruh yüksəkliyi də lazım olur. Rəsm ləvazimatları üçün pul olmayanda isə adam heç yaşamaq belə istəmir".
 
 
 
 
 
 
"Nə rəsm sifarişi var, nə də tələbə. Onsuz da incəsənət sahəsində maddi gözləntilər ilə işləmək yetərincə çətin idi, indi isə lap pis həddədir. Gündəlik tələbatlarımızı belə ödəyə bilmirik. Dövlət, incəsənət adamlarını çətin günlərində yada salmalı idi. Lakin, təəssüf ki, unudublar", - o deyir. 

Tələbə də şikayətçidir...

Odlar Yurdu Universitetinin tələbəsi 19 yaşlı Ariadna Kotlyarova da işini itirənlərdəndir. 

4 aydır ki, ətir dükanındakı işini itirən Ariadna, universitetin təhsil xərclərində tələbələrə güzəşt etmədiyini deyir. Hətta illik ödənişi iyun ayında ödəməyəcəyi təqdirdə universitetdən qovulacağı barədə xəbərdarlıq alıb: "Bu çətin anda dövlətin kömək etməli olduğu halda heç bir addım atılmır. Ariadna kimi köməksiz və çətin vəziyyətdə qalan xeyli tələbə var". 

"Nə iş var, nə də tələbə olduğum üçün 190 AZN birdəfəlik ödəməni ala bildim. Çətindir", - Ariadna bildirib. 

Sahibkar yardım ala bilmədiyini deyir...

Kafe-restoran sahəsində Barman/Barista olaraq fəaliyyət göstərən Tapdıq Məmmədov da aylardır ki, işsizdir.
 

 
O, Toplum.tv-yə açıqlamasında vəziyyətin çətinliyindən bəhs edib: "Pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejimi kafe-restoran sahəsinin də bağlanmasına səbəb oldu. Kafelər bağlandığı gündən işsiz qaldıq. 190 AZN birdəfəlik ödəmə ilə bağlı müraciətimə isə absurd formada imtina cavabı gəldi. Dəfələrlə şikayət etməyimə baxmayaraq şikayətlərimə də absurd və obyektiv olmayan cavablar gəldi. Artıq 4 aydır ki, işsizəm və heç bir gəlir yerim yoxdur. ƏƏSMN-liyinə olan şikayətlərim hələ də davam edir və nəticəsini gözləyirəm. Nazirliyin işçi qrupunun obyektiv olmayan araşdırmaları ucbatından birdəfəlik ödəmədən məhrum olan tandığım bir çox şəxs var. Bu qərəzlidirmi, yoxsa həmişəki kimi səriştəsiz fəaliyyətlərinin nəticəsidirmi, hələlik müəmmadır, qalır".

Təhminə
Gəncə-Bakı-Gəncə

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo