12:21, 24 Oktyabr 2020 (Şənbə) 93

Gəncəyə raket atılması nəticəsində yaralanmış dinc sakin öldü

Gəncəyə raket atılması nəticəsində yaralanmış dinc sakin öldü
Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət alan şəxslərdən biri vəfat edib.

Bu barədə Baş Prakurorluq məlumat yayıb.

Məlumata görə, 13 yaşlı Mayakov Artur Ramiz oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. 

O, 17 oktyabrda Gəncə şəhərinin atəşə tutulması nəticəsində yaralanmışdı. 

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb. Razılaşmaların pozulmasında terefler bir-birini günahlandırırlar.