11:31, 17 Oktyabr 2020 (Şənbə) 85

Gəncəyə raket hücumu nəticəsində 1 məktəb dağılıb

Gəncəyə raket hücumu nəticəsində 1 məktəb dağılıb
Oktyabrın 17-də Ermənistan hərbi qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində 29 nömrəli məktəb ciddi dağıntılara məruz qalıb.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün "Feysbuk" hesabında məlumat verib.
 
Oktyabrın 16-dan 17-nə keçən gecə Gəncə şəhəri Ermənistan ordusu tərəfindən raket atəşinə tutulub. Son məlumatlara görə, 13 nəfər mülki şəxs ölüb, 52 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri hələ də davam edir.