11:34, 15 İyul 2020 (Çərşənbə) 267

General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunub

General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunub
Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub.

"Report" xəbər verir ki, insan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.