Dünya

Greenpeace rəhbəri BMT danışıqlarına buraxılmayıb

12 Dekabr, 2019
532
"Greenpeace International” təşkilatının icraçı direktoru Jennifer Morgan son 25 ildə ilk dəfə olaraq BMT-nin iqlim danışıqlarına buraxılmayıb.
 
AzadlıqRadiosu xəbər verir ki, bu, qurumun baş katibinin çıxışı planlaşdırılan əsas zallardan birinin qarşısında oturaq aksiyadan sonra baş verib.

Dekabrın 11-də Morgan isveçli fəal Greta Thunberg ilə bir müzakirədə iştirak edib. Bundan sonra həmin zalın qarşısında etiraz aksiyası başlanıb və danışıqlar gedən zalların birinə girişə maneə yaranıb.

İki həftədir Madriddə BMT-nin sponsorluğu ilə iqlim danışıqları aparılır.

Təhlükəsizlik əməkdaşları etirazçıları uzaqlaşdısa da bundan sonra vətəndaş cəmiyyəti fəallarının binaya yenidən girməsi mümkün olmayıb. Morgan da onlardan biri idi.

"Etirazçılar kobudluqla, qətiyyətlə binadan çıxarıldı Mən geri qayıtmağa çalışanda gördüm ki, təhlükəsizlik əməkdaşları müşahidəçilərin girişini yasaqlayıb”, – o, "AFP”yə deyib.

Morgan etirazçılara qoşularaq zaldan çıxsa da, nümayişə qatılmayıb. O, illərdir qlobal istiləşməni məhdudlaşdırmağı hədəfləyən danışıqlarda iştirak edir.

Binaya təxminən 200 ətraf mühit fəalı buraxılmayıb.
 

Bəzi ölkələr və müşahidəçilər danışıqların aşağı tempdə getməsini tənqid edir, ətraf mühiti çirkləndirənlərin prosesi önləməyə çalışdığını deyirlər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo