Siyasət

Nahid Cəfərov: “Polad Bülbüloğlu reallığa uyğun danışıb”

13 Noyabr, 2020
444
"Polad Bülbüloğlunun verdiyi açıqlama reallığa yox, manipulyasiyalara ziddir. Mən düşünürəm ki, hakimiyyət Qarabağa Türkiyə sülhməramlılarının da gələcəyini xalqı sakitləşdirmək üçün ortaya atıb”.

Keçmiş diplomat Nahid Cəfərov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun noyabrın 12-də Rusiyanın "RBK” telekanalına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.
 
Səfir Türkiyə sülhməramlılarının Azərbaycana gəlişinə ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, Qarabağ ərazisində Türkiyə hərbi birləşmələrinin olmasına zərurət yoxdur, ancaq Ankara Moskva ilə birlikdə regiondakı vəziyyətin monitorinqində iştirak edərsə, Bakı bundan şad olacaq.

Prezidentin köməkçisi Hikmət Hacıyev elə həmin gün Polad Bülbüloğlunu və bir sıra dövlət rəsmilərini ölkə gündəmi ilə bağlı səsləndirdikləri fikirlərə görə tənqid edib, qeyd edib ki, Azərbaycanın xaricdəki  nümayəndələri, digər rəsmi şəxslər ölkənin rəsmi mövqeyinə və İlham Əliyevin yürütdüyü siyasətə zidd olan açıqlamalar verməkdən çəkinməlidirlər.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağda müharibəyə son qoymaq məqsədilə imzalanan bəyanatdan sonra Rusiya sülhməramlıları münaqişə bölgəsinə gəlib. Bu, Azərbaycanda birmənalı qarşınmayıb. Bəziləri bunu işğal sayır və hesab edir ki, ölkənin təhlükəsizliyinin təmin olunması üçün Türkiyə də prosesdə iştirak etməlidir. Elə Azərbaycan və Türkiyə rəsmiləri də türkiyəli hərbçilərin münaqişə bölgəsində olacağı haqda bəyanatlar verməkdədirlər. 

Nahid Cəfərovun sözlərinə görə, burda iki məsələ - reallıqla xalqa deyilənlər bir-birindən fərqləndirilməlidir: "Reallıq ondan ibarətdir ki, sənəd Türkiyə hərbçilərinin Dağlıq Qarabağın işğaldan azad edilməyən hissəsində fəaliyyət göstərməsini ehtiva etmir. Belə bir razılıq əldə edilməyib və bunun real olma ehtimalı da çox azdır. Azərbaycan döyüşlərdə qalib olduğu məqamda bu şərti bəyanata daxil etdirə bilməyibsə, sonra bunu qəbul etdirmək çox çətindir. Polad Bülbüloğlu da bunu anlayır”.

N.Cəfərov hesab edir ki, Polad Bülbüloğlu Türkiyə sülhməramlılarıyla bağlı xalqı sakitləşdirmək üçün düşünülmüş manipulyasiyalardan xəbərsiz ola bilər: 
"Onun verdiyi açıqlama reallığa yox, bu manipulyasiyalara ziddir. Mən düşünürəm ki, hakimiyyət Qarabağda Türkiyə sülhməramlılarının da gələcəyini xalqı sakitləşdirmək üçün ortaya atıb”.

Hökumətdə kommunikasiya problemi?

Müharibənin bir neçə gün öncə bitdiyi ölkədə rəsmilərin fikirlərinin uzlaşmaması bəzi suallara yol açır: diplomatlarla rəsmi Bakı arasında kommunikasiya problemi varmı? Onların peşəkarlığı nə dərəcədə qənaətbəxşdir?

Nahid Cəfərov bildirir ki, yalnız diplomatlar arasında deyil, sistemin daxilində də kommunikasiya problemi var: 
"Bakıda tikilən binalar və ya çəkilən yollarda kanalizasiya problemi yaranır, bir qurumun verdiyi arayışı digər qurum qəbul etmir və ya əlavə təsdiqləyici sənədlər istəyir və s. Bu kimi hallar sistemdaxili institutlar arasında kommunikasiyanın yoxluğundan xəbər verir. Müharibəylə bağlı kommunikasiya problemi bütün  44 gün ərzində də mövcud idi. Ərazilərin azad edilməsi xəbəri ilk olaraq Türkiyədən gəlirdi, daha sonra İlham Əliyev yayılmış xəbəri təsdiqləməli olurdu. Elə bir təəssürat yaranmışdı ki, sanki torpaqları Azərbaycanın yox, Türkiyənin ordusu azad edir. Məhz bu səbəbdən də İlham Əliyev dəfələrlə "Torpaqları yalnız Azərbaycan əsgər və zabiti azad edir" fikrini səsləndirməli oldu”.

Səbəb yanlış kadr siyasətidirmi?

Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu xarici işlər naziri təyin edən gün yanlış kadr siyasətindən də danışmışdı: "Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir”.

İ.Əliyev həmçinin səfirlik əməkdaşlarının işlərinə laqeyd yanaşmalarından, passivliklərindən, ölkənin maraqlarını lazımi səviyyədə müdafiə və təmin etməmələrindən, reallıqları dünya ictimaiyyətinə çatdırmamalarından, ya da bunu istəməmələrindən şikayətlənmişdi. 

N.Cəfərov hesab edir ki, problem kadrlarda deyil, sistemdədir, normal rəqabətə davamlı sistem qurulsa, yaramaz kadrlar ələnəcəklər.

Onun fikrincə, diplomatın mütləq beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alması vacib deyil, vacib olan öz bacarığından istifadə edə bilməsidir. 

"Sistem ədalətsiz prinsiplər üzərində qurulğundan yüksək vəzifələrdəki savadlı və savadsız kadrlar arasında fərq hiss olunmur. Elman Nəsirov mənim müəllimim olub. Kifayət qədər savadlı adamıydı, amma indi öz fikirlərinə görə cəmiyyətdə gülüş obyektinə çevrilib. Onu o şəkildə danışamağa məcbur edən sistemdir”. 

Rəsmilərin dövlət adından səsləndirdiyi fikirlərin monitorinqi aparılırmı və ya qabaqcadan razılaşdırılırmı?

Noyabrın 12-də Türkiyənin "Net” telekanalına müsahibə verən deputat Könül Nurullayeva da rəsmi mövqeyə zidd fikir səsləndirib. İ.Əliyev noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə Ermənistanın işğal olunmuş ərazilərdə vurduğu ziyana görə təzminat ödəməli olduğunu açıqlamışdı. Ancaq deputat müsahibəsində deyib ki, Ermənistanın fəlakətli vəziyyətdə olduğundan Azərbaycana təzminat ödəməsi vacib deyil.
 
Müsahibədən sonra deputat açıqlama yayıb ki, "Bir neçə gün əvvəl Türkiyənin "Net" kanalına açıqlamamda zəif internet bağlantısı səbəbindən mən Ermənistanın təzminat ödəməsi ilə bağlı suala cavab olaraq, fikrimi sona qədər çatdıra bilmədim. Bu vəziyyətdən yaranmış olan anlaşılmazlığa görə soydaşlarımızdan üzr istəyirəm".
 
Bu gün isə Milli Məclisin İntizam Komissiyası deputat Könül Nurullayeva barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.

Nahid Cəfərov bildirir ki, statuslu şəxslərin KİV-də səsləndirəcəkləri fikirləri tənzimləməyə gərək yoxdur, bu qayda beynəlxalq səviyyəli vacib konfranslardakı çıxışlar üçün keçərlidir: "Rəsmi şəxslər ölkənin hər hansı məsələylə bağlı mövqeyini bilirlər və bu mövqeyə uyğun danışmalıdırlar”.

"Deputatın düşdüyü vəziyyət isə bir qədər fərqlidir",- N.Cəfərov əlavə edir ki, Könül Nurullayeva nəzəri olaraq deputatdır, yəni o icra orqanının üzvü deyil. 

Onun sözlərinə görə, deputat nəzəri olaraq öz seçicilərinə tabedir və onlar qarşısında məsuliyyət daşıyır: "Onun fikri ilə seçiciləri razı deyilsə, buna etiraz edə bilərlər, deputata qarşı aksiya təşkil edə bilərlər. Amma Milli Məclis deputatı onun səsləndirdiyi fikrə görə cəzalandırması absurddur”.

Roza Məmmədova


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo