17:32, 11 Dekabr 2019 (Çərşənbə) 128

Gürcüstan MSK-nın sədri Azərbaycanda bələdiyyə seçkilərini müşahidə edəcək

Gürcüstan MSK-nın sədri Azərbaycanda bələdiyyə seçkilərini müşahidə edəcək
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvania Azərbaycana səfər edəcək.

"Report” xəbər verir ki, Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.

O bildirib ki, T.Jvania MSK-nın digər üzvü Marina Tsulukidze ilə birgə dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə edəcək.