10:44, 26 Mart 2020 (Cümə axşamı) 195

Gürcüstanda koronavirusa yoluxanların sayı 77-yə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 77-yə çatdı
Gürcüstanda təsdiqlənən koronavirus hallarının sayı 77-yə çatıb.

"Report” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Karantində 4 055, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusdan 10 pasiyent sağalıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 67 nəfər təşkil edir.