Dünya

Gürcüstanda müxalifət tərəfdarları gecəni parlamentin qarşısında keçirib

2 Noyabr, 2020
255
Gürcüstanda parlament seçkilərinin nəticələrinə etiraz olaraq, gecəni parlament binasının qarşısında keçirən müxalifət tərəfdarları səhər saatlarında Rustaveli prospektini tərk ediblər. 

Bu barədə noyabrın 2-də "Kavkazskiy uzel" saytı xəbər yayıb.

Xəbərdə deyilir ki, noyabrın 1-də müxalifət partiyalarının nümayəndələri və onların tərəfdarları səsvermənin yenidən keçirilməsi tələbiylə Tbilisidə, parlament binasının qarşısında etiraz aksiyası təşkil ediblər. 

Axşam düşəndə polisin maneələrinə baxmayaraq, aksiyaçılar iki çadır qurublar. 

Milli Hərəkat Partiyasının üzvü Salome Samadaşvili hökuməti hər gün mitinq keçiricəkləri ilə hədələyib. 

"Bugündən etibarən yeni seçkilərə nail olana qədər biz hər gün toplaşacağıq", - deyə o, bəyan edib. 

Aksiya iştirakçıları bütün gecəni parlament binasının qarşısında keçirsələr də, səhər açılanda dağılışıblar. 

Aksiyanın dinc şəraitdə keçdiyi bildirilir. 

Gürcüstanda 31 oktyabrda keçirilmiş parlament seçkilərində səslərin əksəriyyətini (48,15%) hökumətdəki "Gürcü Arzusu" partiyası qazanıb. 

Bu səs nisbəti "Gürcü Arzusu"na tək başına hökumət qurmağa imkan verir. 

Səsvermədə sonrakı yerləri  "Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət" bloku (27,14%), "Avropa Gürcüstanı" (3,78%), "Georgi Vaşadze - İnşaat Strategiyası" və "Lelo" partiyası bloku (3,15%) və "Gürcü Patriotları Alyansı" (3,14%) tutublar. Digər partiyalar isə bir faizlik səs baryerini aşa bilməyiblər


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo