16:05, 14 Noyabr 2020 (Şənbə) 79

Gürcüstanda müxalifət yeni seçki tələbi ilə aksiya keçirib

Gürcüstanda müxalifət yeni seçki tələbi ilə aksiya keçirib


/ DÜNYA
Gürcüstanda müxalifət partiyalarının nümayəndələri və tərəfdarları Tbilisidə parlament binası qarşısında növbəti etiraz mitinqi keçirilib.

Bu barədə "RİA Novosti”yə Birləşmiş Milli Hərəkat partiyasının üzvü Zaal Udumaşvili məlumat verib. 

Onun sözlərinə görə, müxalifətin tələbləri eyni qalır və nəticə əldə edənə qədər qüvvədə qalacaq: "Yeni parlament seçkilərinin təyin edilməsini, mərkəzi seçki komissiyası rəhbərliyinin dəyişdirilməsini və siyasi məhbusların sərbəst buraxılmasını tələb edirik. Partiyalar arasında dialoqun başlaması küçə etirazlarının dayandırılması demək deyil".

31 oktyabrda Gürcüstanda parlament seçkiləri keçirilib. 

Seçkilərin nəticəsinə görə, "Gürcüstan Arzusu" partiyası qalib gəlib.  Gürcü müxalifəti isə keçirilən parlament seçkilərini nəticələrini tanımır. 

Onlar  seçkilərin saxtalaşdırılması iddiası ilə MSK-nın sədri Tamar Jivaniyanı istefasını tələb ediblər.