12:27, 23 Mart 2020 (Bazar ertəsi) 258

Gürcüstanın ombudsmanı azərbaycanlılara müraciət etdi

Gürcüstanın ombudsmanı azərbaycanlılara müraciət etdi
Gürcüstan ombudsmanı Nino Lomcaria Marneuli və Bolnisidə tətbiq olunan ciddi karantin rejimi ilə bağlı yerli sakinlərə müraciət edib.

"Report”un yerli bürosu xəbər verir ki, insan haqları üzrə müvəkkil xüsusi rejimi yaxından izləyəcəyini bildirib.

N.Lomcaria qeyd edib ki, hər iki rayonda yaranmış vəziyyətdə yerli əhalinin ehtiyaclarının müəyyən olunması və insan hüquqlarının qorunması üzrə monitorinq həyata keçiriləcək.

Müvəkkil rayon sakinlərini zərurət yaranacağı hallarda Ombudsman Aparatının 14 81 saylı "qaynar xətti” ilə əlaqə saxlamağa çağırıb. Eyni zamanda Azərbaycan dilində müraciət etmək üçün Aparatın əməkdaşı Murad Hüseynovun mobil telefon nömrəsi (591 70 10 73) də diqqətə çatdırılıb.