15:38, 04 Dekabr 2019 (Çərşənbə) 158

Hacıqabulun icra başçısı dəyişdirilib

Hacıqabulun icra başçısı dəyişdirilib
Hacıqabul rayonunun icra başçısı dəyişdirilib.

Bu barədə President.az məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

R. Xəlilov Milli Məclisin Regional məsələlər komitəsinin üzvü olub.